"İdman - sağlamlıqdır!" mövzusunda psixoprofilaktik iş

05.04.2024 - cü il tarixdə A.Səfərov adına 114 nömrəli tam orta məktəbdə IV "c" sinif şagirdlərinin iştirakı ilə "7 aprel - Ümumdünya Sağlamlıq Günü" nə həsr olunan "İdman - sağlamlıqdır!" mövzusunda psixoprofilaktik iş keçirildi. Psixoloq Nağıyeva Ruhiyyə mövzu ilə bağlı çıxış edib. Sinif müəllimi Məmmədova Pərvanə idmanın sağlamlığın zəruri şərti olduğunu vurğuladı. Şagirdlər müxtəlif idman növləri haqqında məlumat verdilər. Sonda "İdman-sağlamlıqdır!" mövzusunda esse yazdılar, müzakirə etdilər. Şagirdlərin sualları cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi