"Təqdimat slaydlarının başlıqlarının formalaşdırılması" mövzusunda dərs
05.04.2024 - cü il tarixdə A.Səfərov adına 114 nömrəli tam orta məktəbin informatika müəllimi Tahirova Nazxanımın V "ə" sinfində Rəqəmsal bacarıqlar üzrə "Təqdimat slaydlarının başlıqlarının formalaşdırılması" mövzusunda dərsi izlənilib. Dərs müasir təhsil proqramına uyğun təşkil olunub, bu isə şagirdlərin marağına və fəallıqlarının artmasına səbəb olub. Mövzunu əhatə edən sualları şagirdlər fəallıqla cavablandırıblar. Mövzu haqqında geniş məlumat mübadiləsi aparılıb. Müxtəlif fikirlər müzakirə olunub və ümumiləşdirilib. Dərsin psixoloji təhlili aparılıb və müzakirə olunub.