"Biz sağlam həyat tərzi seçirik!" adlı psixoprofilaktik iş

04.04.2024 - ci il tarixdə A. Səfərov adına 114 nömrəli tam orta məktəbdə II "a" ST sinif şagirdlərin iştirakı ilə "7 aprel - Ümumdünya Sağlamlıq Günü"nə həsr olunan "Biz sağlam həyat tərzi seçirik!" adlı psixoprofilaktik iş keçirilib. Psixoloq Nağıyeva Ruhiyyə öz çıxışında qeyd etdi ki, sağlamlıq fiziki, psixi və sosial rifah deməkdir. Şagirdlərin yaş xüsusiyyətlərini nəzərə alaraq zərərli vərdişlərin mənfi nəticələri haqqında da məlumat verildi. Məktəbin TTİDM Nurullayeva Elfira sağlamlığım qorunmasının vacibliyini bildirdi . Mövzu ilə bağlı şagirdlərin hazırlıdıqları təqdimatlar nümayiş olundu. Şagirdlər sağlamlığın şərtləri haqqında danışdılar, fikir mübadiləsi keçirildi. Şagirdlər sağlam həyat tərzinin insan həyatında rolunu çıxışları ilə qiymətləndirdilər. Hazırladıqları təqdimatlar kreativliyi ilə seçilirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi