"Dəyərlərimizi qoruyaq layihəsi çərçivəsində tədbir

Məktəbin İllik Fəaliyyət Planına əsasən "Dəyərlərimizi qoruyaq layihəsi çərçivəsində tədbirlərimiz davam edir.

Layihə çərçivəsində tədbirlər, “Nümunəvi dərs”lər, sinif təşkilat saatları, “Dəyirmi masa”, diskusiya, mühazirə, intellektual müsabiqə, yarış və sosial aksiyaların, məktəblilərin əl işlərindən ibarət sərgilərin keçirilməsi, xalqımızın adət-ənənələrinin yer aldığı kinofilmlərin nümayişi, mənəvi dəyərlərimizi əks etdirən guşə və divar qəzetlərinin hazırlanması nəzərdə tutulur.

Martın 12 - də 4 "C" sinif şagirdlərinin iştirakirakı ilə layihə çərçivəsində "Yel çərşənbəsi" nə həsr olunmuş nümunəvi dərs təşkil olundu.

İbtidai sinif müəllimi Məmmədova Pərvanə şagirdləri Novruz adət- ənənələri haqqında məlumatlandırdıqdan sonra , şagirdlər əyani olaraq yumurta boyayaraq, Novruz xonçaları qurmuş, tonqal üzərindən tullanmışlar.

Layihənin həyata keçirilməsində əsas məqsəd milli-mənəvi dəyərlərimizin qorunması və zənginləşdirilməsi, təhsilalanların dəyərlərə məhəbbət ruhunda tərbiyə edilməsi, türk xalqlarının qədim tarixinin hərtərəfli öyrənilməsi, şagirdlərdə yaradıcı düşüncə meyillərinin gücləndirilməsindən ibarətdir.

 

 

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi