Sorğu
Məktəbin İllik" Fəaliyyət Planı" na əsasən şagird davranış qaydalarına həsr olunmuş tədbirlər davam edir.
Martın 6 - da bu mövzuda şagirdlərlə anonim sorğu keçirildi. Məqsəd psixoloji xidmət fəaliyyətinin qiymətləndirilməsi, məktəb heyətinin şagirdlərlə rəftarı, bullinq halları ilə vəziyyətin öyrənilməsi, sanitar-gigiyenik vəziyyət, fənn kabinetlərində müvafiq dərslərin tədrisi vəziyyəti, nizam- intizam qaydaları barədə məlumatlılıq və s. müəyyətən etməkdən ibarət idi. Şagirdlər sərbəst şəkildə sorğunu cavablandırdıqdan sonra sorğunun nəticələri təhlil və müzakirə olundu.