" İdman yarışına hazırlığın psixoloji xüsusiyyətləri" mövzusunda görüş

Elm və Təhsil Nazirliyi təhsilalanların sağlamlıqlarının möhkəmləndirilməsi, fiziki inkişafının təmin edilməsi, onlarda müsbət emosiyalarının dayanıqlı olması, idman və bədən tərbiyəsinin inkişafı, bu sahədə kütləviliyin təmin edilməsi istiqamətində davamlı və məqsədyönlü işlər aparır. Buna müvafiq, şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliği məqsədilə “5 mart - Bədən Tərbiyəsi və İdman Günü” ərəfəsində 1-7 mart 2024-cü il tarixində ümumtəhsil müəssisələrində idman həftəsi keçirilir. "İdman həftəsi" layihəsinin proqramına uyğun olaraq martın 1 - də məktəbdə VIII - IX sinif şagirdlərinin iştirakı ilə " İdman yarışına hazırlığın psixoloji xüsusiyyətləri" mövzusunda görüş keçirilib. Psixoloq Nağıyeva Ruhiyyə yarışda şagirdlərin psixi proseslərin, duyğuların, qavrayış, təfəkkür, diqqət, nitq eləcə də , fərdi psixi xassələrin temperament və xarakterin mühüm rol oynadığını vurğuladı. Şagirdlərdə sarsılmaz inam, sürətli reaksiyaya malik olmaları, emosiyaların tənzimlənmə qabiliyyəti və vacib amillərdəndir. Bu istiqamətdə şagirdlərə lazımi tövsiyələr verilib. Bundan əlavə şagirdlərə yarış qabağı həyacanı minimuma endirmək məqsədilə nəfəs texnikaları tətbiq olunub.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi