Təhsilverənlərin sertifikasiyası ilə bağlı növbəti görüş

Fevralın 27 - də məktəbdə təhsilverənlərin sertifikasiyası ilə bağlı növbəti görüş keçirilib.

Görüşdə məktəbin ditektoru Novruzova Ceyran , Təlim Tərbiyə İşləri üzrə direktor müavini Həmidov Rizvan , riyaziyyat, xarici dilllər üzrə fənn metodibirləşmə rəhbəriləri və riyaziyyat, ingilis, rus , fransız dili müəllimləri iştirak ediblər.

Görüş zamanı qeyd olunub ki, sertifikatlaşdırma müəllimlərin davamlı inkişafına xidmət edir. Sertifikatlaşdırma nəticəsində müəllimlərin peşəkarlıq səviyyəsi yoxlanılarkən onların təlim ehtiyaclarının müəyyən edildiyini söyləyən metodibirləşmə rəhbərləri sertifikatlaşdırmanın nəticələrinin təhsilverənlərin karyera inkişafında və əməyinin stimullaşdırılmasında nəzərə alındığını xatırladıb.

Görüşdə sertifikatlaşdırma prosesi ilə bağlı fikir mübadiləsi aparılıb, imtahanın təşkili qaydaları barədə məlumat verilib.

Sonda müəllimləri maraqlandıran suallar cavablandırılıb.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi