Sərgi
Məktəbin illik "Fəaliyyət Planı" na uyğun olaraq şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliği məqsədi ilə "Xocalı soyqırımının otuz ikinci ildönümünün keçirilməsi" ilə bağlı hazırlanmış Tədbirlər Planına əsasən silsilə tədbirlər davam edir.
Fevralın 23 - də məktəbdə şagirdlərin rəsmlərdən ibarət rəsgi təşkil olundu.
Sərgilənən rəsmlərdə faciə dolu 26 fevral gecəsi şagirdlərin gözü ilə təsvir olunmuşdur.