Memorial Soyqırım muzeyində ekskursiya

Məktəbin illik "Fəaliyyət Planı" na uyğun olaraq Xocalı Soyqırımı faciəsinə həsr olunmuş tədbirlər davam edir.

Fevralın 22 - də məktəbin müəllim və şagird kollektivinin üzvləri Azərbaycan Respublikası Hərbi Prokurorluğunda Memorial Soyqırım muzeyində ekskursiyada oldular.

Muzey 24 fevral 2014-cü ildə Azərbaycan Hərbi Prokurorluğunun inzibati binasında açılmışdır. Muzey 4 bölmədən: tarix, deportasiya- repressiya, soyqırım və terror bölmələrindən ibarətdir.

Şagirdlər muzeyin girişində yerləşdirilmiş soyqırım qurbanlarına həsr olunan rəsm əsərlərini izlədilər. Həmçinin onlar muzeydə olan Azərbaycan müəllifəlirinin kitablarından ibarət zəngin kitab fondu ilə yaxından tanış oldular.

Bu cür ekskursiyaların təşkil olunmasında əsas məqsəd şagirdlərin kiçik yaşlardan xalqımıza qarşı törədilmiş soyqırım, deportasiya, hərbi cinayətlər barədə məlumatlandırmaq və onlarda vətənpərvərlik ruhunun aşılanmasıdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi