"Narkomaniyaya yox deyək, sağlam vərdişlər sağlam gələcəyin əsasıdır" mövzusunda tədbir
"Təhlükəsizlik qaydaları" nın tətbiqi ilə bağlı tədbirlər davam edir.
Fevralın 20 - də məktəbdə "Narkomaniyaya yox deyək, sağlam vərdişlər sağlam gələcəyin əsasıdır" mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini Könül Axundova , Suraxanı Rayon İcra Hakimiyyətinin əməkdaşları və Suraxanı RPİ - nin xidmət üzrə rəis müavini polkovnik - leytinantı Surxay Vəliyev, RPİ - nin Yetkinlik Yaşına Çatmayanlarla İş bölməsinin rəisi polis polkovnik - leytinantı Əfqan Ağayev iştirak etmişlər.
Görüş.zamanı "Narkotiklərin zərərli təsiri", "Dini radıkalizm nədir?" və "Erkən nigahın fəsadları" mövzularında şagirdlərlə söhbət apardılar. Şagirdləri maraqlandıran sualları cavablandırdılar.