Monitorinq
Fevralın 19 - da BŞTİ tərəfindən 8 və 9 - cu siniflərdə ana dili, riyaziyyat və xarici dil fənlərindən monitorinq keçirildi. Monitorinq sualları şagirdlərə Azərbaycan bölməsi üzrə 2 variantda təqdim edildi. Monitorinq 2,5 saat (150 dəqiqə) davam etdi. Aparılan monitorinqin məqsədi 8 - ci sinflərdə şagirdlərin müvafiq fənlər üzrə biliklərini dəyərləndirmək, 9 - cu sinif şagirdlərinin isə buraxılış fənlər üzrə mövcud çatışmazlıqlarını aşkarlamaq və bu istiqamətdə onlara lazımi köməklik göstərilməsinə nail olmaqdır.