Fənn aylığı
Məktəbin illik "Fəaliyyət Planı" na əsasən şagirlərin müxtəlif fənlər üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə imkanlarının artırılması, əməkdaşlıq bacarıqlarının formalaşdırılması məqsədilə il ərzində müxtəlif fənn aylıqlarının keçirilməsi planlaşdırılmışdır. Fevral ayı məktəbdə Azərbaycan dili və ədəbiyyat aylığı elan olunmuşdu. Aylıq çərçivəsində məktəbdə divar qəzetlərinin buraxılması, açıq dərslərin keçirilməsi, dərsdinləmələr, müxtəlif tədbirlərin hazırlanması, debat və dəyirmi masaların, ekskursiyaların təşkili, həmçinin şagirdlərin bilik və bacarıqlarının yoxlanılması və monitorinqlərin keçirilməsi nəzərdə tutulmuşdu.
Fənn aylığı çərçivəsində "Dilimizi qoruyaq" layihəsi də həyata keçirilir. Fevralın 13 - də məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimləri Salayeva Zemfira və Heydərova Şəhla "Dilimizi qoruyaq!" layihəsi çərçivəsində divar qəzetlərinin və bukletlərin şagirdlər tərəfindən hazırlanmasını təşkil etdilər.