Dəyirmi masa
Məktəbin illik "Fəaliyyət Planını" na əsasən Ümumi təhsil müəssisəsində təhlükəsizliyin təminatı və sağlam mənəvi-psixoloji mühitin formalaşması məqsədilə fevralın 2 - də məktəbin VII - VIII sinif şagirdlərinin iştirakı ilə dəyirmi masa keçirilmişdir.
Şagirdlərlə şagird davranış qaydaları, məktəbdə təhlükəsiz mühitin yaradılması, şagird - şagird, şagird- müəllim münasibətləri haqqında müzakirələr aparılmışdır.
Təhsilalanlar arasında risk qrupuna daxil olanların müəyyənləşdirilməsi müəllimlərlə və şagirdlərlə psixoloji maarifləndirmə işinin gücləndirilməsi məsələlərinə məktəbin psixoloqu Nağıyeva Ruhiyyə Vilayət qızı və məktəbin Təlim Tərbiyə İşləri üzrə direktor müavini Əhmədova Sevda Vahid qızı nəzarət edir.