Pedaqoji Şura keçirilmişdir

Məktəbin illik "Fəaliyyət Plan" na uyğun olaraq .pedaqoji heyət və valideyn komitələri nümayəndələrinin iştirakı ilə 30.01.2024-cü il tarixdə məktəbdə növbəti Pedaqoji Şura keçirilmişdir.

Pedaqoji Şurada gündəlikdə duran məsələlərlə yanaşı valideyn məsuliyyətinin artırılması ,məktəbdə uşaqların təhlükəsizliyinin təminatı ,psixoloji xidmətin təşkili (cari dərs ilində görülmüş işlərə dair psixoloqun hesabatı) ,müəllimlərin “Etik davranış qaydaları”na riayət etmələri müzakirə edilmişdir. Adları çəkilən bu məsələlərlə bağlı Pedaqoji Şura qərara almışdır:

1.Təhsilalanlar arasında risk qrupuna daxil olanların müəyyənləşdirilməsi ,müəllimlərlə və şagirdlərlə psixoloji maarifləndirmə işinin gücləndirilməsi məsələləri məktəbin psixoloqu Nağıyeva Ruhiyyə Vilayət qızına və məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Əhmədova Sevda Vahid qızına həvalə edilsin.

2.Şagirdlərin qadağan olunmuş əşyaları məktəbə gətirməmələri ilə bağlı maarifləndirici söhbətləri aparmaq sinif rəhbərlərinə tapşırılsın ,ciddi təhlükə doğuracaq hər hansı hal müşahidə olunduğu təqdirdə təlimata uyğun addımların atılması ,aidiyyəti qurumlara məlumatın ötürülməsi işinə nəzarət məktəbin UBTR –İsmayılova Məlahət Arif qızına həvalə edilsin.

3. Valideyn -məktəb münasibətlərinin gücləndirilməsi ,sinif rəhbərlərinin vəzifə öhdəlikləri ilə bağlı işinə nəzarətin artırılması məsələləri məktəbin məktəbdəbkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçı Ələskərova Nailə Arif qızına və məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Nurullayeva Elfira Bəbir qızına tapşırılsin.

4.Təhlükə doğuracaq halların qarşısının əvvəlcədən alınması ilə bağlı şagird və valideynlərin maarifləndirilməsi işinin təşkili məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavinləri: Həmidov Rizvan Ramazan oğluna və Quliyev Kənan Sədi oğluna həvalə edilsin.

5.Etik davranış qaydalarına görə müəllimlərin müəyyənləşdirilməsi və onların rəğbətləndirməsi məsələlərini məktəb direktorunun nəzərinə çatdırmaq və Pedaqoji Şurada bununla bağlı məsələnin müzakirəsi məktəbin Həmkarlar Təşkilatının Sədri Zülfüqarova Fatimə Cəfər qızına həvalə edilsin.

6.Fövqəladə hallarla bağlı təhlükəsizlik qaydalarına riayət edilməsinə dair tədbirlərin keçirilməsi məktəbin GÇH rəhbəri Səmədov Bürhan Azad oğluna tapşırılsın.

 

 

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi