"Uğurlu ünsiyyət qurmağın sirləri" mövzusunda psixoprofilaktik iş

16.01.2024 - cü il tarixdə A.Səfərov adına 114 nömrəli tam orta məktəbdə VII "a", VIII "c" sinif şagirdlərinin iştirakı ilə "Uğurlu ünsiyyət qurmağın sirləri" mövzusunda psixoprofilaktik iş keçirildi. Psixoloq Nağıyeva Ruhiyyə insanların uğurlu ünsiyyət yaranmasına təsir edən amillər haqqında şagirdlərə məlumat verdi. Hər kəs ünsiyyətin müəyyən qaydalarına söykənməlidir, vurğuladı ki, danışıq, nitq insanın əxlaqını, dünyagörüşünü, xasiyyətini, mədəni səviyyəsini əks etdirən bir güzgüdür. Sonra mövzu ilə bağlı şagirdlər fikirlərini bildirdilər, "Başqaları ilə ünsiyyət qurmağa mənə nə mane olur?" sualına cavab verdilər. Şagirdlərin sualları cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi