"Təbiəti qoruyanlar" layihəsi çərçivəsində tədbir

Məktəbin illik "Fəaliyyət Planı" na uyğun olaraq "Təbiəti qoruyanlar" layihəsi çərçivəsində tədbirlər davam edir. Layihə çərçivəsində məktəbdə ekoloji guşə yaradılıb.

Layihənin məqsədi təhsilalanların ekoloji maarifləndirilməsi, bu sahə üzrə biliklərinin və tədqiqatçılıq bacarıqlarının artırılması, istedadlı və yaradıcı şagirdlərin aşkara çıxarılması, müəllim-şagird və məktəblilərarası əməkdaşlığın inkişafı, təbiət fənlərinin digər fənlərə inteqrasiyasının təşkili, ətraf mühitin və ekologiyanın mühafizəsi, təbii sərvətlərin qorunması və onlardan səmərəli istifadə edilməsi, müvafiq qlobal problemlərin həllinə dəstək verilməsindən ibarətdir.

Layihə çərçivəsində məktəb həyəti yaşıllaşdırılmış və kiçik ölçülü oranjereyalar yaradılmışdır.

Dekabrın 20 - də bir qrup şagirdin güllərə qulluğu təşkil olunmuşdur.

 

 

 

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi