"Kompüter əsri olsa da kompüterin əsiri olmayaq" mövzularda seminar

18 -19 dekabr 2023 - cü il tarixdə A.Səfərov adına 114 nömrəli tam orta məktəbdə uşaqların zərərli informasiyadan qorunması tədbirlərin gücləndirilməsi məqsədilə psixoprofilaktik iş istiqamətində VII "e", VIII "c" və IX "d" sinif şagirdlərinin iştirakı ilə "İnternetdən təhlükəsiz istifadə " və "Kompüter əsri olsa da kompüterin əsiri olmayaq" mövzularda seminar keçirilmişdi. Psixoloq Nağıyeva Ruhiyyə şagirdlərin kompüterdən və internetdən kortəbii şəkildə yerli - yersiz istifadəsi səbəbindən yaranmış fəsadlar haqqında ətraflı məlumat verdi. İnformatika müəllimləri Tahirova Nazxanım və Muxtarova Zemfira internetdən təhlükəsiz istifadə yolları haqqında söhbət açdılar. Əhəmiyyətli proqramlar, VPN problemləri, Spam, şəxsi məlumatlar və s. məsələlərə toxundular. Şagirdlər mövzu ilə bağlı öz fikirlərini bildirdilər, onları narahat edən suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi