Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir

12 Dekabr - Müasir Azərbaycan dövlətinin memarı , qurucusu, xalqımızın və dövlətimizin müstəqilliyi, inkişafı naminə böyük xidmətlər göstərmiş Ümummilli Lider Heydər Əliyevin anım günüdür.

Həyatını xalqının rifahına, Azərbaycanın inkişafına həsr etmiş ulu öndər Heydər Əliyevin Vətəninə hədsiz sevgisi, xalqı və dövləti üçün atdığı cəsarətli addımları hər birimiz üçün örnəkdir.

Məktıbin illik "Fəaliyyət Planı" na əsasən dekabrın 11 - də Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir məktəbin akt zalında təşkil olundu.

Tədbiri məktəbin dirikoru Novruza Ceyran açıq elan etdi və Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbir zamanı şagirdlər Ulu Öndərin keçdiyi şərəfli həyat yolu, müstəqil Azərbaycanın taleyində əvəzsiz xidmətləri barədə məlumatlar verdilər, şeirlər söylədilər.

Sonda Ümummilli Liderin xatirəsinə həsr olunmuş videoçarx nümayiş olundu.

 

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi