"Mütaliə aylığı" ilə bağlı növbəti tədbir
"Məktəbin illik "Fəaliyyət Planı" na əsasən mütaliə mədəniyyətinin inkişaf etdirilməsi və şagirdlərin kitabxanaya cəlb olunması məqsədilə məktəbdə "Mütaliə aylığı" keçirilir. Dekabrın 8 də məktəbin kitabxanasında "Mütaliə aylığı" ilə bağlı növbəti tədbir təşkil olundu. Məktəbin kitabxana işçiləri şagirdləri azərbaycan və dünya ədəbiyyatdan əsərlərlə tanış etdilər. Şagirdləri maraqlandıran sualları cavablandırdılar.