"Erkən nikah və onun fəsadları" mövzusunda psixoprofilaktik iş

Noyabrın 27 - də  məktəbdə VIII - IX sinif şagirdlərinin iştirakı ilə "Erkən nikah və onun fəsadları" mövzusunda psixoprofilaktik iş təşkil edilib. Məktəbin psixoloqu Nağıyeva Ruhiyyə çıxışında qeyd edib ki, erkən nikah yarımçıq qalan təhsil, gələcək perspektivin olmaması, sağlamlığa mənfi təsiri və s.problemlərə gətirib çıxarır. Mövzu ilə bağlı şagirdlər öz fikirlərini bildirib, milli - mənəvi dəyərlərin vacibliyini vurğulayıblar. Sonda şagirdləri narahat edən suallar cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi