"Xeyirxahlıq və dözümlülük " mövzusunda psixoprofilaktik iş
Noyabrın 27 - də məktəbdə psixoloq Nağıyeva Ruhiyyə VII "a" sinif şagirdlərinin iştirakı ilə "Xeyirxahlıq və dözümlülük " mövzusunda psixoprofilaktik iş təşkil etdi. Psixoloq insanların müxtəlif sosial-mədəni köklərə,dini əqidələrə malik olduğunu qeyd etdi, həyatın istənilən problemi və hadisəsi haqqında, sözsüz ki, onların həmişə müxtəlif fikir və ideyaları olacağını vurğuladı. İnsanın baxış müxtəlifliyinə dözümlü münasibəti və öz mövqeyini ətrafdakılara hörmətlə ifadə etməsi mühüm əhəmiyyət kəsb etdiyini bildirdi. Şagirdlər mövzu ilə bağlı fikirlərini bildirdilər, onları narahat edən suallar cavablandırıldı.