Seminar
Məktəbin illik "Fəaliyyət Planı" na uyğun olaraq Narkomaniyaya qarşı təbliğat və maarifləndirmə tədbirləri davam edir.
Noyabrın 21 - də məktəbdə şagirdlərin iştirakı ilə yeniyetmə və gənclər arasında narkomaniyaya qarşı mübarizə işlərinin aparılması məqsədilə seminar təşkil olundu.
Məktəbin tibb bacısı Şəfaqətova Simuzər şagirdlərə narkomaniyanın insan sağlamlığına vurduğu zərərlər barədə geniş məlumat verdi, onları maraqlandıran sualları cavablandırdı.
Seminarda həmçinin Uşaq Birliyi Rəhbəri İsmayılova Məlahət və tarix müəllimi Zülfüqarova Fatimə də iştirak edirdi.