“Fövqəladə hallar uşaqların gözü ilə” tədbir

Azərbaycan Respublikasının Elm və Təhsil və Fövqəladə Hallar nazirliklərinin birgə razılaşmasına əsasən, ümumtəhsil və internat məktəblərinin şagirdləri arasında cari ilin noyabr - dekabr aylarında keçiriləcək “Fövqəladə hallar uşaqların gözü ilə” Xl respublika uşaq yaradıcılıq müsabiqəsinə hazırlıq çərçivəsində noyabrın 15 - də məktəndə tədbir təşkil edilib.

Tədbirin keçirilməsində əsas məqsəd uşaqların xoşagəlməz hallarda qarşılaşdığı təhlükələrə onları əvvəlcədən hazırlamaqdan ibarət olub. Məişətdə və ətraf mühitdə baş verə biləcək təbii və texnogen qəzalar uşaqların dili ilə diqqətə çatdırılıb.

Tədbirdə “Yanğından mühafizə” və “Dəm qazından boğulma” mövzusunda səhnəciklər nümayiş olunmuşdur.

Məişətimizdə aktual problemlərdən biri olan dəm qazından zəhərlənmə və ondan qorunma yolları canlandırılıb, belə hallarda zərərçəkmişlərə ilk yardımın göstərilməsi qaydası da nümayiş olunun.

İnsan ehtiyasızlığı ucbatından baş verən yanğınlara diqqət çəkmək məqsədilə nümayiş olunan səhnəcikdə isə yanğın zamanı şagirdlər tərəfindən qaynar xətlərə necə zəng edilməsi, yanğının necə söndürülməsi, meşəlik ərazilərdə yanğın təhlükəsizliyinə necə riayət olunması əyani şəkildə göstərilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi