9 cu siniflərlə psixodiaqnostik və psixoprofilaktik iş.
Bu gün "Məktəbin illik fəaliyyət planı"na əsasən 9-cu sinif şagirdləri arasında imtahanqabağı həyəcanlılıq səviyyəsini minimuma endirmək məqsədilə psixoloq növbəti psixodiaqnostik və psixoprofilaktik iş apardı.Görüş zamanı şagirdlərin nəzərinə çatdırıldı ki,imtahan hazırlığının əsasında vaxtın düzgün bölünməsi vacibdir,özünü pozitiv meyllərə yönəltmək,təmiz havada gəzinti,yuxu və qida rejiminə əməl etmək lazımdır.Şagirdlərə söhbət zamanı "İmtahan xofunu necə dəf etmək olar?"mövzusunda slayd göstərildi.Psixoloq həmçinin şagirdləri maraqlandıran sualları da ətraflı cavablandırdı.