Zəfər Gününə həsr olunmuş dərslər

Məktəbin illik "Fəaliyyət Planı" na uyğun olaraq noyabrın 7 - də məktəbdə bütün siniflərdə birinci dərslər 8 noyabr - Zəfər Gününə həsr olunub.

Şagirdlər tarix yazan Baş.komandan İlham Əliyevə və müzəffər ordumuza həsr edilmiş təqdimatlarla çıxış edib, qəhrəman oğullarımızın şücaətindən söz açıblar. Dərs müddətində torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəmanların ən böyük şərəf və qürur mücəssəməsi olduqları vurğulanıb, şagirdlərin ifasında Vətənə, Qarabağa, məzəffər ordumuza həsr olunmuş şeirlər söylənib, mahnılar ifa olunub

Vətən uğrunda canından keçən qəhrəman oğullarımızın xatirəsini hörmətlə yad edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi