"Məişət zorakılığına yox deyirik!" adlı psixoprofilaktik iş
Oktyabrın 30 - da məktəbdə psixoloq Nağıyeva Ruhiyyə VIII"c" sinif şagirdlərinin iştirakı ilə "Məişət zorakılığına yox deyirik!" adlı psixoprofilaktik iş keçirtdi. Şagirdlərə məişət zorakılığı nədir, növləri, məruz qaldıqda nə etməli, yardım və sığınacaqlar və s. haqqında məlumat verildi. Vurğulandı ki, erkən nikah da zorakılıqdır, onun acı fəsadları var. Mövzu ilə bağlı şagirdlər öz fikirlərini bildirdilər, müzakirə aparıldı, suallar cavablandırıldı.