Monitorinq
Oktyabrın 30 - da Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyinin göstərişinə müvafiq olaraq məktəbin 6 və 9 - cu sinflərinin ana dili, riyaziyyat və xarici dil fənləri üzrə 5 - 6 - cı sinflər səviyyəsində biliklərini ölçmək məqsədi ilə monitorinq keçirildi. Monitorinq sualları şagirdlərə Azərbaycan və rus bölmələri üzrə 2 variantda təqdim edildi. Monitorinq 2,5 saat (150 dəqiqə) davam edəcək. Aparılan monitorinqin məqsədi 9 - cu sinif şagirdlərinin buraxılış fənlər üzrə mövcud çatışmazlıqlarını aşkarlamaq və bu istiqamətdə onlara lazımi köməklik göstərilməsinə nail olmaqdır.