Psixodiaqnostik iş
Məktəbin illik fəaliyyət planına əsasən oktyabr ayı ərzində A.Səfərov adına 114 nömrəli tam orta məktəbin psixoloqu Nağıyeva Ruhiyyə psixodiaqnostik iş istiqamətində VII - IX sinif şagirdləri ilə anket sorğusunu keçirib. Məqsəd psixi durumu qeyri-sabit olan, zəif iradi keyfiyyətlərə malik olan şagirdlərin psixoloji problemlərini aşkar etmək idi. İstifadə olunan metodika vasitəsilə şagirdlərin emosional vəziyyətini,təşviş, frustrasiya, aqressivlik və s müəyyən olunub.