Valideynlərlə görüş

Okryabrın 20 - də məktəbin illik "Fəaliyyət planı" na əsasən məktəb rəhbərliyi ilə valideynlərin növbəti görüşü keçirilib. Təlim-tərbiyə prosesi, şagirdlərin nizam-intizam qaydaları, dərsə davamiyyət, gecikmə halları haqqında geniş məlumat verilib. Görüşdə məktəb- şagird-valideyn münasibətlərinə toxunulub. Məktəbin nizam - intizam qaydalarına riayət etməyin hər bir şagirdin borcu olduğu, keyfiyyətli təhsilin təməlinin təlim tərbiyədən başlandığı söylənilib. Valideyn-məktəb əməkdaşlığının gələcək nəslin hərtərəfli inkişaf etmiş şəxsiyyət kimi yetişməsində böyük rol oynadığı xüsusi vurğulanıb. Görüşün sonunda valideynlərin sualları cavablandırılıb, rəy və təklifləri dinlənilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi