"Şagirdlərin dərslərdən yayınmasının yolverilməzliyi" mövzusunda şagirdlərlə görüş
Məktəbin İllik "Fəaliyyət Planı" na əsasən şagird davranış qaydalarına həsr olunmuş tədbirlər davam edir.
Oktyabrın 17 - də Uşaq Birliyi Təşkilatı Rəhbəri İsmayılova Məlahət "Şagirdlərin dərslərdən yayınmasının yolverilməzliyi" mövzusunda şagirdlərlə görüş keçirmişdir.
Görüşün məqsədi şagird davranış qaydaları haqqında şagirdləri məlumatlandırmaq, şagirdlərin irad və təkliflərini dinləmək olmuşdur.