Məktəbəhazırlıq qruplarında tədris prosesinə start verilib

Oktyabrın 2-dən 2023–2024-cü tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında tədris prosesinə start verilib.

Məktəbimiz də 8 məktəbəhazırlıq qrupu fəaliyyət göstərəcək.

Məktəbəhazırlıq qruplarının məqsədi beşyaşlı uşaqların məktəbə hazırlıq mərhələsində inkişafı, tərbiyəsi və təhsili prosesini təşkil etməkdir.

Məktəbəhazırlıq qruplarında həftə ərzində 12 məşğələ təşkil olunur. Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə isə 10 dəqiqə müəyyən edilir.