Beynəlxalq təlim

Məktəbin fransız dili müəllimi Şirinxanım Rüstəmova Beynəlxalq Təlimlərdə iştirak etmişdir.
Bakı Fransız İnstitutunun dəstəyi ilə 25 -30 iyun tarixlərində Fransadan dəvət olunmuş müəllimlərin iştirakı ilə çox maraqlı və rəngarəng təlimlər təşkil olunmuşdur.
Təlimlər hər gün saat 9:30 - dan 16:30 - a qədər davam etmişdir. Asudə vaxtlarda müəllimlərin təşəbbüsü və iştirakı ilə karaoke yarışmları ,fransız film gecələri, müsabiqələr, rəqs gecələri təşkil olunmuşdur.
Staj Fransanın Azərbaycandakı səlahiyyətli səfiri madam Anne Bouillonun iştirakı, təntənəli çıxışı ilə bağlı elan olunmuşdur. Və sonda bütün iştirakçılara sertifikatlar təqdim olunmuşdur.