Ekskursiyaların təşkili
Məktəbin illik "Fəaliyyət planı" na əsasən "Beynəlxalq Muzeylər Günü" münasibətilə muzeylərə gedişlər təşkil olunub. Beynəlxalq Muzeylər Günü — Beynəlxalq Muzeylər Şurasının (İCOM) təşəbbüsü ilə 1977-ci ildən etibarən 18 may tarixində qeyd edilir. Bu bayram bir qayda olaraq xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək şüarı ilə keçirilir. Muzeylər mənəvi dəyərləri toplayan, qoruyan və təbliğ edən müəssisələrdir. Bu məqsədlə məktəbin ibtidai sinif müəllimləri şagirdlərlə birlikdə İncəsənət muzeyində və Atəşgah kompleksində ekskursiya da olublar.