"Sağlam ailə-sağlam gələcəyin təminatıdır!" mövzusunda dəyirmi masa

Mayın 15 - də məktəbdə VI "q" sinif valideynlərinin iştirakı ilə 15 May- Beynəlxalq Ailə Gününə həsr olunmuş "Sağlam ailə-sağlam gələcəyin təminatıdır!" mövzusunda dəyirmi masa keçirildi. Məktəbin psixoloqu Nağıyeva Ruhiyyə ailədə müsbət psixoloji iqlimin vacibliyini, cəmiyyət üçün sağlam düşüncəli, sağlam əxlaqlı insanların yetişdirilməsi ailədən başladığını qeyd etdi. Ailədə qarşılıqlı məsuliyyət hissinin , gözəl ünsiyyətin vacibliyini vurğuladı. Həmçinin yeniyetmə yaş dövrünün xüsusiyyətləri haqqında məlumat verdi. VI"q" sinif rəhbəri Hüseynli Kəmalə valideyn- övlad münasibətlərin düzgün qurulması haqqında çıxış etdi.

Valideynlər mövzu ilə bağlı öz fikirlərini söylədilər, ailə dəyərləri haqqında müzakirə aparıldı, onları narahat edən suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi