Dərsdinləmələr davam edir
Məktəbin illik "Fəaliyyət Planı" na əsasən nümunəvi dərslərin nümayişi davam edir.
Mayın 5 - də məktəbin ingilis dili müəllimləri Cabarova Gülşən, Aydınova Samirə, Quliyeva Eynurə və Quliyeva Elza "Yer Kürəsini Qoruyaq!" ,"Həyatın mərhələləri", "Filmlərin həyatımızda rolu", və 'Sifətin dərəcələri" mövzularında nümunəvi dərslər təqdim etmişlər.
Dərslərin gedişatında qrup işləri, dinləmə fəaliyyəti öz əksini tapmış, müəllim və şagirdlərin təqdimatları nümayiş olunmuşdur.
Dərslərin təşkilində məqsəd şagirlərin müxtəlif fənlər üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə imkanlarının artırılması, əməkdaşlıq bacarıqlarının formalaşdırılması, və dərslərin aparılmasına nəzarət etməkdən ibarət idi.