"Birlikdə onlayn öyrənək" layihəsinin bağlanış tədbiri

Arelin 14 - də Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinin "fərdi kateqoriya" nominasiyası üzrə qalibi məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Elfira Nurullayevanın "Birlikdə onlayn öyrənək" layihəsinin bağlanış tədbiri keçirilib.

Sözügedən layihədə məktəbin rəhbər heyəti, təlimçi, ekspert, müəllimlər, valideynlər və şagirdlər iştirak edib.

İştirakçılar 14 oktyabr 2022-ci il tarixindən altı ay boyunca layihə çərçivəsində keçirilən təlimlərdə iştirak ediblər.

Bağlanış tədbirində iştirak edən məktəbin direktoru Ceyran Novruzova, məktəbin direktor müavinləri Rizvan Həmidov, Kənan Quliyev, sinif müəllimləri və digər qonaqlar çıxışlarında şagirdlərə layihədə aktiv iştirak etmələrinə görə təşəkkür edib, onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıblar.

Həmçinin mərasimdə çıxış edən "Birlikdə onlayn öyrənək" layihəsinin rəhbəri Elfira Nurullayeva layihə çərçivəsində görülən işlərdən danışıb, gələcəkdə bu kimi layihələrin daha çox şagirdin əhatə etməsinin önəmini qeyd edib.

Bildirilib ki, layihənin məqsədi şagirdlərdə Khan Academy vasitəsilə sərbəst onlayn öyrənmə bacarığını formalaşdırmaqdır.

Tədbirin yekununda iştirakçılara layihəni uğurla başa çatdırmaları münasibətilə sertifikatlar təqdim olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi