Psixoprofilaktik və psixodiaqnostik iş
Aprelin 13 - də məktəbin psixoloqu Nağıyeva Ruhiyyə və Mirzəyeva Elvira V d sinfində psixodiaqnostik və psixoprofilaktik iş təşkil ediblər. "Birgə fəaliyyət mühitinin yaradılması səviyyəsinin öyrənilməsi" məqsədilə şagirdlərə L.Fridmanın "Bizim münasibətlər" testi təqdim olundu. Testin vasitəsi ilə kollektiv həyatının müxtəlif tərəflərinin təhsilalanların tərəfindən məmnunluq dərəcəsi müəyyən edildi. Sonra münasibətlərin tənzimlənməsi, düzgün ünsiyyət qurmağın şərtləri müzakirə olundu.