"Siqaretin sağlamlığa ziyanları" mövzusunda maarifləndirici seminar

Matın 29 - da məktəbdə VIII - X sinif şagirdlərinin iştirakı ilə "Siqaret çəkmək nəyə zərərlidir?", "Siqaretin sağlamlığa ziyanları" mövzusunda maarifləndirici seminar keçirildi. Psixoloqlar Nağıyeva Ruhiyyə və Mirzəyeva Elvira mövzu ilə bağlı ətraflı məlumat verdilər. Qeyd etdilər ki, siqaret çəkmək ilk növbədə tənəffüs orqanları zədələyir, astma, ağciyər xərçəngi və s. xəstəliklərə səbəb olur. Ümumdünya Səhiyyə tədqiqatların nəticələrində məlum olub ki, tütündən istifadə edən uşaqlar və yeniyetmələrdə vəziyyət çox acınacaqlıdır. Məktəbin tibb bacısı Quliyeva Püstə tütünün insan sağlamlığına mənfi təsiri haqqında danışdı. Mövzu ilə bağlı təqdimat, videomateriallar nümayiş olundu. Şagirdlər də mövzu ilə bağlı fikirlərini bildirdilər, onları narahat edən suallar cavablandırıldı. Tədbirdə TTİD M Həmidov Rizvan, TTİDM Ələskəeova Nailə, biologiya müəllimi Əcəmova Şəhla iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi