Sərgi
Məktəbin illik fəaliyyət planına əsasən "Dəyərlərimizi qoruyaq layihəsi çərçivəsində tədbirlərimiz davam edir.
Layihə çərçivəsində tədbirlər, “Açıq dərs”lər, sinif təşkilat saatları, “Dəyirmi masa”, diskusiya, mühazirə, intellektual müsabiqə, yarış və sosial aksiyaların, məktəblilərin əl işlərindən ibarət sərgilərin keçirilməsi, xalqımızın adət-ənənələrinin yer aldığı kinofilmlərin nümayişi, mənəvi dəyərlərimizi əks etdirən guşə və divar qəzetlərinin hazırlanması nəzərdə tutulur.
Martın 28 - də mövzu ilə bağlı şagirdlərin əl işlərindən ibarət sərgi təşkil olundu.