" Dəyərlərimizi qoruyaq " layihəsi çərçivəsində Novruz şənlikləri
Martın 16-da "Məktəbin İllik Fəaliyyət Planı" na əsasən " Dəyərlərimizi qoruyaq " layihəsi çərçivəsində Novruz şənlikləri təşkil olundu.
Tədbirlərin keçirilməsində məqsəd şagirdlərin mədəniyyətimizin bir hissəsi olan Novruz bayramı, bütövlükdə milli-mənəvi dəyərlərimiz barədə məlumatlandırmaq, həmin dəyərləri qoruyaraq gələcək nəsillərə ötürmək, onları bu dəyərlərə məhəbbət ruhunda tərbiyə etmək, şagirdlərdə yaradıcı düşüncə meyillərini gücləndirməkdir.