Psixodiaqnostik və psixoprofilaktik iş.
Bu gün "Məktəbin illik fəaliyyət planına"əsasən 9-cu sinif şagirdləri arasında imtahan əvvəli həyəcanlılıq səviyyəsini minimuma endirmək məqsədilə psixoloq növbəti psixodiaqnostik və psixoprofilaktik iş apardı.Görüş zamanı şagirdlərin nəzərinə çatdırıldı ki,imtahan hazırlığının əsasında vaxtın düzgün bölünməsi vacibdir,özünü pozitiv yönəltmək,təmiz havada gəzinti,yuxu və qida rejiminə əməl etmək lazımdır.Psixoloq həmçinin şagirdləri maraqlandıran sualları da ətraflı cavablandırdı.