"İdman həftəsi" layihəsi çərçivəsində şagirdlərin mükafatlandırma mərasimi keçirildi

Elm və Təhsil Nazirliyi təhsilalanların sağlamlıqlarının möhkəmləndirilməsi, fiziki inkişafının təmin edilməsi, onlarda müsbət emosiyalarının dayanıqlı olması, idman və bədən tərbiyəsinin inkişafı, bu sahədə kütləviliyin təmin edilməsi istiqamətində davamlı və məqsədyönlü işlər aparır. Buna müvafiq, şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliği məqsədilə “5 mart - Bədən Tərbiyəsi və İdman Günü” ərəfəsində 27 fevral – 3 mart 2023-cü il tarixində ümumtəhsil müəssisələrində idman həftəsi keçirilir. Layihə çərçivəsində məktəblilərin iştirakı ilə gündəlik gimnastik hərəkətlər, maarifləndirmə, müsabiqələr, yarışlar, görüşlər, mükafatlandırma və digər tədbirlərin təşkili nəzərdə tutulur. "İdman həftəsi" layihəsinin proqramına uyğun olaraq martın 3-də məktəbin direktoru Novruzova Ceyran, direktor müavini Həmidov Rizvan və fiziki tərbiyə müəllimi Musayev Zaur "İdman həftəsi" layihəsi çərçivəsində müsabiqə və yarışlarda fərqlənən şagirdləri mükafatlandırdılar.

 

 

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi