"İdman yarışına hazırlığın psixoloji xüsusiyyətləri" mövzusunda psixoprofilaktik iş
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyindən daxil olmuş 02/TQÇ-7-99 nömrəli məktuba əsasən məktəbdə təhsilalanların sağlamlıqlarının möhkəmləndirilməsi, fiziki inkişafın təmin edilməsi, onlarda müsbət emosiyaların dayanıqlı olması, idman və bədən tərbiyəsinin inkişafı, şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliği məqsədi ilə idman həftəsi elan olunmuşdur.
27.02.2023-cü il tarixdə V-XI sinif şagirdlərinin iştirakı ilə "İdman yarışına hazırlığın psixoloji xüsusiyyətləri" mövzusunda məktəbin psixoloqları Nağıyeva Ruhiyyə və Mirzəyeva Elvira psixoprofilaktik iş keçiriblər.
Şagirdlərin yarışa psixoloji hazırlığında psixi proseslərin, duyğuların, qavrayış, təfəkkür, təxəyyül, diqqət, nitq və hissin, eləcə də fərdi psixi xassələrin, temperament, xarakter və qabiliyyətlərin mühüm rol oynadığını vurğuladılar. Şagirdlərdə sarsılmaz inam, sürətli reaksiyaya malik olmaları,emosiyaları tənzimləmə qabiliyyəti vacib amillərdir. Bu istiqamətdə onlara lazımi tövsiyələr verildi.