"İdman həftəsi" layihəsi
Elm və Təhsil Nazirliyi təhsilalanların sağlamlıqlarının möhkəmləndirilməsi, fiziki inkişafının təmin edilməsi, təhsil alanlarda müsbət emosiyalarının dayanıqlı olması, idman və bədən tərbiyəsinin inkişafı, bu sahədə kütləviliyin təmin edilməsi istiqamətində
şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliği məqsədilə “5 mart - Bədən Tərbiyəsi və İdman Günü” ərəfəsində 27 fevral – 3 mart 2023-cü il tarixində ümumtəhsil müəssisələrində idman həftəsi keçirilir.
Layihə çərçivəsində məktəblilərin iştirakı ilə gündəlik gimnastik hərəkətlər, maarifləndirmə, müsabiqələr, yarışlar, görüşlər, mükafatlandırma və digər tədbirlərin təşkili nəzərdə tutulur.
"İdman həftəsi" layihəsinin proqramına uyğun olaraq fevralın 27-də bütün siniflərdə gimnastikası keçirildi və şagirdlərə idman növləri haqqında məlumat verildi.