"Xocalı soyqırımının otuz birinci ildönümü" nə həsr olunmuş dərslər
Fevralın 24 - də məktəbin İllik Fəaliyyət Planına uyğun olaraq şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliği məqsədi ilə "Xocalı soyqırımının otuz birinci ildönümü" nə həsr olunmuş dərslər nümayiş olundu.
Təşkil olunan dərslər müddətində şagirdlərə Xocalı soyqırımı haqqında ətraflı məlumat verildi və şagirdlərin ifasında o dəhşətli gecəni özündə əks etdirən şeirlər söylənildi, səhnəciklər nümayiş olundu.