Nümunəvi dərslər davam edir
Məktəbin İllik Fəaliyyət Planına əsasən Dövlət dilinin təbliği məqsədilə 21 fevral - Beynəlxalq Ana Dili Gününə həsr olunmuş nümunəvi dərslər təşkil olundu.
Məktəbin ibtidai sinif müəllimi Məmmədova Pərvanə 3 c ST sinfin şagirdlərinin iştirakı ilə nümunəvi dərs təşkil etdi.
Şagirdlərin ifasında nümayiş olunan səhnəciklər dərsi daha zəngin etdi.