Dərsdinləmələr davam edir
Fevralın 15 - də məktəbdə I"a" ST sinfində Riyaziyyat fənni üzrə "10--a tamamlamaqla toplama" mövzusunda dərs izlənildi. Dərsin məqsədləri tam yerinə yetirildi, şagirdlərin idrak fəaliyyətləri, şagird - müəllim münasibətləri, sinifdə psixoloji iqlim və s.müşahidə olundu, təhlil aparıldı. Belə ki, müəllim dərsdə şagirdlər arasında psixoloji cəhətdən sağlam rəqabətli mühiti yarada, mövzunu sadə şəkildə izah edə, şagirdlərə fərdi yanaşıb, bütün şagirdləri aktivliyə cəlb edə bilimişdir.