"Bullinqə yox deyək!" mövzusunda dəyirmi masa
Fevralın 7 - də məktəbdə 9 i sinif şagirdlərinin iştirakı ilə "Bullinqə yox deyək!" mövzusunda dəyirmi masa keçirilib. Psixoloq Nağıyeva Ruhiyyə bullinq davranışı, təsiri, növləri, qarşısının alınması və s. haqqında məlumat verdi. Şagirdlər mövzu ilə bağlı fikirlərini bildirdilər, müzakirə aparıldı. Şagirdləri maraqlandıran suallar cavablandırıldı.