BŞTİ tərəfindən 8 və 9 - cu siniflərdə monitorinq keçirildi
Fevralın 7- də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyinin göstərişinə müvafiq olaraq məktəbin 8 və 9 - cu sinflərinin ana dili, riyaziyyat və xarici dil fənləri üzrə 5 - 8 - ci sinflər səviyyəsində biliklərini ölçmək məqsədi ilə monitorinq təşkil olundu. Monitorinq sualları şagirdlərə Azərbaycan və rus bölmələri üzrə 2 variantda təqdim edildi. Monitorinq 2,5 saat davam etmişdir.Aparılan monitorinqin məqsədi 9 - cu sinif şagirdlərinin buraxılış fənlər üzrə mövcud çatışmazlıqlarını aşkarlamaq və bu istiqamətdə onlara lazımi köməklik göstərməkdir.