20 Yanvar hadisələrinə həsr olunmuş dərslər və tədbir
1990 - cı ilin yanvar qırğını nə qədər faciəli olsa da,Azərbaycan xalqının iradəsini,milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Əksinə xalq daha da mətinləşdi və düşmənin gözünə dik baxdı. Həmin müdhiş gecədə həlak olan Vətənin oğul və qızları Azərbaycan tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün rol açdılar. Məhz buna görə də 20 Yanvar faciəsi xalqımızın azadlıq mübarizəsinin rəmzidir.
Bu gün yanvar ayının 19 - da 1 - ci dərs saatları fənn müəllimləri, sinif rəhbərləri, Uşaq birliyi təşkilatı rəhbəri və dəvət olunmuş qonaq – qazilər (I və II Qarabağ) tərəfindən keçirilmişdir, şagirdləri maraqlandıran suallar cavablandırılmışdır.
Açıq dərslərdən sonra məktəbin akt zalında “Şəhidlər ölməz, Vətən bölünməz!’” başlığı altında məktəblilərin ifasında tədbir keçirilmişdir. Tədbirin əvvəlində şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.
Şəhidlər xiyabanına ziyarət bu gün məktəb kollektivi və şagirdlər tərəfindən davam etdirilmişdir.